Deputat gənclərin işlə təmin edilməsinə yardım edib

Deputat gənclərin işlə təmin edilməsinə yardım edib
  06 Fevral 2018    Oxunub:1218
Milli Məclisin deputatı Naqif Həmzəyev Gəncə şəhərində seçiciləri ilə növbəti görüşünü keçirib.
AzVision.az-ın məlumatına görə, millət vəkili gəncləri ayrı-ayrılıqda qəbul edərək, onları narahat edən məsələləri dinləyib. Seçicilərini dinləyən N. Həmzəyev onlardan bəzilərinin qarşılaşdığı problemlərin həlli istiqamətində addımlar atıb. Məşğulluqla bağlı müraciətlər yerindəcə həll olunub, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə 8 gənc daimi işlə təmin edilib.



Daha sonra millət vəkili sosial və tibbi yardımlarla bağlı müraciət edən bir qrup seçici ilə də görüşüb. N. Həmzəyev ona ünvanlanan bütün müraciətləri nəzarətdə saxlayacağını və məsələlərin həllinə köməklik göstərəcəyini bildirib.



Qeyd edək ki, davamlı olaraq təşkil edilən belə qəbullar zamanı millət vəkili vətəndaşların şikayətlərini dinləyir, aidiyyəti məsələlər barədə onlara məsləhət verir, müəyyən qurumlara şikayətlərin həlli ilə bağlı sorğular göndərir.

AzVision.az


Teqlər: Gəncə  





Xəbər lenti