Tikinti şirkətləri 70 nəfəri qanunsuz işlədib

Tikinti şirkətləri 70 nəfəri qanunsuz işlədib
  27 Fevral 2018    Oxunub:2285
Yanvar ayı ərzində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən Bakı şəhəri üzrə ümumilikdə 10 tikinti obyekti olmaqla (“MVVL Verus Praedium” Mənzil Tikinti Kooperativi, “Babək-94” Müstəqil Kiçik Müəssisəsi, “TTF-A” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Laura” Firması, “Kaspian Park” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Evian Konstruksiya” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Piramida-F.R.” Məhdud Məsuliyyətli Cəmiyyəti, “ Gözəl Bakı” Mənzil-Tikinti Kooperativi, Xəlilov Azər Rəfail oğluna məxsus sair fərqi xidmətlərin göstərilməsi) 6 səyyar monitorinq həyata keçirilib.
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiya Komissiyasının Katibliyindən AzVision.az-a verilən məlumata görə, tikinti obyektlərində keçirilmiş monitorinqlər zamanı 70 nəfər əmək müqaviləsi olmadan çalışan işçi aşkar edilib.

Yoxlama tədbirlərindən öncə həmin müəssisələrdə qüvvədə olan əmək müqavilələrinin sayı 791 olduğu halda, yoxlamadan sonra isə əmək müqavilələrinin sayı artaraq 975 olub.

AzVision.az


Teqlər: Tikinti   Cərimə  





Xəbər lenti