10 günün statistikası: 36 yol qəzası, 11 ölü, 55 yaralı - (VİDEO)

  12 Mart 2018    Oxunub : 1708
10 günün statistikası: 36 yol qəzası, 11 ölü, 55 yaralı - (VİDEO)
Mart ayının 10 günündə respublikanın avtomobil yollarında 36 yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az Daxili İşlər Nazirliyinin (DİN) saytında yer alan məlumatlara istinadən bildirir ki, mart ayının 1-dən 10-dək yol qəzalarında 11 nəfər ölüb, 55 nəfər isə xəsarət alıb.



Qeyd edək ki, bu ilin 2 ayı (yanvar-fevral) ərzində 198 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalarda 102 nəfər ölüb, 241 nəfər isə xəsarət alıb.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: Qəza   Mart   DİN