Sabahdan seçki bülletenlərinin çapına başlanılacaq

Sabahdan seçki bülletenlərinin çapına başlanılacaq
  23 Mart 2018    Oxunub:1053
Sabahdan Azərbaycanda prezident seçkiləri ilə bağlı seçki bülletenlərinin çapına başlanılacaq.

AzVision.az-ın məlumatına görə, ümumilikdə 5 milyon 347 min 803 seçki bülleteni çap olunacaq.
Azərbaycan Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, bülletenlərin çapı səsvermə gününə ən azı 10 gün qalmış, yəni aprelin 1-dək başa çatdırılmalıdır.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.

AzVision.az




Teqlər: Seçki   MSK   Bülleten  





Xəbər lenti