Prezidentin rektor təyin etdiyi Ceyhun Məmmədov kimdir? - FOTOLAR
O, 1991-1994-cü ildə Suriya Ərəb Respublikasında Əbu Nur İslam Kompleksi, Dəvət və İrşad institutunda təhsil alıb. Daha sonra (1994-1998) Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsi İslama dəvət fakültəsində ərəb dili və dinşünaslıq üzrə bakalavr dərəcəsinə yiyələnib.
2000-2002-cü ildə Xəzər Universitetinin Humanitar fənlər fakültəsində Ərəb dili üzrə magistratura dərəcəsi, 2004-2007-cü ildə isə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda ilahiyyat üzrə fəlsəfə doktoru dərəcəsi alıb.
C.Məmmədov indiyədək müxtəlif vəzifələrdə çalışıb. O, 1998-2001-ci ildə İrşad İslam Araşdırmaları Mərkəzində tərcüməçi - referent işləyib. 2001-2002-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Qarabağ bölgəsi üzrə şöbədə baş mütəxəssis, 2002-2006-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası bölməsinin müdiri işləyib.
2007-2012, 2012-2013, 2013- 2014-cü illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhlil şöbəsinin müdiri, “Dövlət və din” ictimai fikir toplusunun redaktoru, Avrasiya tərcümə mərkəzinin tərcüməçisi, AMEA-nın Şərqşünaslıq institutunun Din və ictimai fikir tarixi şöbəsinin böyük elmi işçisi olub.
2015-ci ildən bu günə kimi Prezident Administrasiyasında Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsində böyük məsləhətçi, 2017-2018-ci ildə isə Azərbaycan Dillər Universitetinin müəllimi işləyib.
AzVision.az
Teqlər: Ceyhun-Məmmədov Rektor