Tofiq Zeynalov: “Bundan sonra da Prezidentimizin siyasətinə sadiq qalacağam”

Tofiq Zeynalov: “Bundan sonra da Prezidentimizin siyasətinə sadiq qalacağam”
  07 İyun 2018    Oxunub:7722
“2007-ci ildən Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən mənə yüksək etimad göstərilərək Tovuz rayonuna İcra başçısı təyin edilmişəm. İşlədiyim dövrdə çalışmışam ki, xalqıma, dövlətimə, Prezidentimə ləyaqətlə, şərəflə mənə göstərilən bu yüksək etimada layiq xidmət göstərim. Bu illər ərzində buna nail olmuşamsa, özümü xoşbəxt sayıram”.
Bunu AzVision.az-a prezident İlham Əliyevin sərəncamı ilə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Tofiq Zeynalov deyib. Onun sözlərinə görə, ölkəmiz günü gündən inkişaf edir, son illər Azərbaycanımızın əldə etdiyi uğurlar hər birimizi hədsiz sevindirir

“Ölkə həyatının bütün sahələri üzrə aparılan uğurlu siyasət, o cümlədən kadr siyasətinə alternativ yoxdur. İşdən azad olunmağımla bağlı Möhtərəm Prezidentimizin sərəncamını hörmətlə qarşıladım. Bundan sonrakı həyatım boyu da Prezidentimizin siyasətinə sadiq qalacağam”.

AzVision.az



Teqlər: İlham-Əliyev   Tovuz  





Xəbər lenti