İnam Kərimov: “Fermerlərin bizdən gözləntiləri var”

İnam Kərimov: “Fermerlərin bizdən gözləntiləri var”
  08 İyun 2018    Oxunub:2071
"Aqrar sahə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu sahədə sosial iqtisadi göstəricilər yüksəlib"
AzVision.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov AMEA-nın ümimi yığıncağındakı çıxışında deyib. Nazir bildirib ki, kənd təsərrüfatı ölkənin problemlərinin həllində, xüsusilə regionlarda yaşayan insanların məşğulluğunda önəmli rol oynayır.

"Vətəndaşların keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təminatı, ölkədən valyuta axının qarşısının alınması qarşıda duran vəzifələrdəndir. Nazirliyin qarşısında 3 əsas prinsip qoyulub: kəndli və fermerlərə yaxınlıq, kənd təsərrüfatında düzgün idarəçiliyə nail olmaq və innovasiyaların tətbiqini həyata keçirmək. Bu gün nazirlik fəaliyyətini 5 əsas istiqamət üzrə inkişaf etdirir. Aqrar Universitetin fəaliyyətin təkmilləşdirilməsi beynəlxalq təcrübənin öyrənilməsi də əsas istiqamətlərdəndir".

İ.Kərimov qeyd edib ki, elmi resursları səfərbər etməklə aqrar sahədə problemlərin həllinə nail olmaq olar: "Bu gün kənd təsərrüfatı sektoru və fermerlərin bizdən gözləntiləri var".

Nazirin sözlərinə görə, həyata keçirilən islahatların ilkin təhlili göstərir ki, aqrar sahədə davamlı inkişafa nail olmaq üçün elmi əsaslara söykənən, fermer və kəndlilərimizin mənafeyinə xidmət edən strategiyanın formalaşmasına zərurət var.

"Hesab edirik ki, bir sahənin düzgün inkişaf istiqamətini müəyyənləşdirməzdən öncə araşdırma, təhlil aparılmalı, sahənin üstün və zəif cəhətləri müəyyənləşdirilməli, elmi araşdırmalara əsaslanmış proqnozlar verilməlidir. Məhz bu amili nəzərə alaraq, bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədqiqatlar Mərkəzi” yaradılıb. Mərkəz aqrar siyasətin düzgün və hərtərəfli təhlili, qiymətləndirmə və proqnozlaşdırmanın aparılması, kənd təsərrüfatının inkişafı ilə bağlı məlumat bazasının yaradılması, sahənin strateji planlaşdırmasını və ən əsası innovativ inkişafın təmin edilməsində fəal rol oynamalıdır. Digər istiqamətimiz isə məhz elmi araşdırmalara əsaslanan problemlərin həlli yollarının müəyyənləşdirilməsidir. Məhz milli və beynəlxalq trendlər nəzərə alınmaqla aqrar sahədə mövcud olan problemlərin sistemli şəkildə həll edilməsi ilə bağlı təkliflərin hazırlanması və konseptual yanaşmanın tətbiqi əsas məqsədlərdən biridir.

Digər bir istiqamətimiz isə fermerlər üçün aqrar dəstək mexanizmlərinin təkmilləşdirilməsidir. Hazırda dövlət tərəfindən fermerlərə müvafiq dəstəyin verilməsi ilə əlaqədar müsbət işlər həyata keçirilməkdədir. Lakin, bizim məqsədimiz bu dəstəyin daha mütəşəkkil, operativ, şəffav və innovativ yolla aparılmasıdır".

Aytən Zəhra
AzVision.az


Teqlər: İnam-Kərimov  





Xəbər lenti