22 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb

22 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb
  11 İyun 2018    Oxunub:947
Respublikanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlərini uğurla davam etdirirlər.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, iyunun 9-da və 10-da bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 22 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

Qeyd edək ki, ötən iki gün ərzində daxili işlər orqanları tərəfindən narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib. Bu istiqamətdə tədbirlər qətiyyətlə davam etdirilir.

AzVision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti