Girovluqda olan Şahbaz Quliyevin vəziyyəti pisdir

Girovluqda olan Şahbaz Quliyevin vəziyyəti pisdir
  21 İyun 2018    Oxunub:7261
“Erməni girovluğunda olan Şahbaz Quliyevin vəziyyəti pisdir. Gözləri zəifləyib, eynəklə gəzir”

Bunu AzVision.az-a Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyevin qardaşı İlham Quliyev deyib.
O, qardaşına məktub göndərsə də, hələ də cavab almayıb: “Artıq 20 gündür ki, onun adına məktub göndərmişəm. Bilirəm ki, vəziyyəti pisdir. Gözləri çox zəifləyib. Eynəksiz heç nə görmür. Saç-saqqalı ağarıb. Dərmanlarla yaşayır. Vəziyyəti olduqca pisdir. Çox narahatıq, Allahın ümidinə qalmışıq”.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Şahbaz-Quliyev   Girov   Kəlbəcər  





Xəbər lenti