İtaliya prezidenti qızı ilə Bakıya gəldi - FOTOLAR

İtaliya prezidenti qızı ilə Bakıya gəldi - FOTOLAR
  18 İyul 2018    Oxunub:6775
İtaliya prezidenti Sercio Mattarella iyulun 17-də Azərbaycana rəsmi səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Sercio Mattarellanı və qızı Laura Mattarellanı hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.







AzVision.az


Teqlər: İtaliya   Prezidenti   Bakı   Səfər  





Xəbər lenti