Hərbçilərimiz beynəlxalq yarışda iştirak edəcək

Hərbçilərimiz beynəlxalq yarışda iştirak edəcək
  18 İyul 2018    Oxunub:2042
“Beynəlxalq Ordu Oyunları - 2018” yarışları çərçivəsində iyulun 28-dən avqustun 11-dək Azərbaycan, Belarus, Qazaxıstan, Çin, İran və Rusiya ərazisində ümumilikdə 28 müsabiqə təşkil olunacaq.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Azərbaycan hərbçiləri 5 müsabiqədə iştirak edəcək. Hərbçilərimiz ölkəmizdə keçiriləcək “Dəniz kuboku” ilə yanaşı Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” və Belarusda “Snayper həddi” müsabiqələrinə qatılacaqlar.

Bundan əlavə, hərbçilərimiz İranda keçiriləcək “Dərinlik” və Rusiyada təşkil olunacaq “Qoşun kəşfiyyatı əlaçıları” müsabiqələrində ölkəmizi müşahidəçi qismində təmsil edəcəklər.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   Hərbçi  





Xəbər lenti