DYP-nin keçirdiyi reyddə qalmaqal - VİDEO
Reyd zamanı bir nəfər sərxoş halda, bir nəfər sürücülük hüququ olmadan avtomobil idarə edən və 12 nəfər təhlükəsizlik kəmərindən istifadə etməyən sürücü polislər tərəfindən saxlanılıb. Cərimə borcunu ödəməyən iki sürücünün avtomobili isə cərimə meydançasına aparılıb.
Bəzi sürücülər törətdiyi əməldən boyun qaçırıb, hətta reyd zamanı ərazidə çəkiliş aparan televiziya əməkdaşlarına təyziq göstərənlər də olub.
Sürücü: “Ayə demədim çəkmə? Nə çəkirsən?”
Reydin keçirilməsinə etiraz edən və qaydanı pozaraq özünü haqlı sayan sürücülərlə yanaşı belə reydlərin mütəmadi keçirilməsini müsbət qarşılayanlar da olub.
Saleh Orucov (sürücü): “Qayda-qanuna riayət etmək hər birimizin borcudur. Biz də çalışırıq ki, riayət edək. Əlbəttə, bu reydlərin mütəmadi keçirilməsi lazımdır”.
Sahib Eyyubov (sürücü): “Rayon içidi, ona görə taxmamışam kəməri. 40 manat cərimə elədilər. Öz günahımdır”.
Yol hərəkəti qaydalarına əməl etməyən, eyni zamanda cərimələrini ödəməyən sürücülərə ümumulikdə 30 protokol tərtib edilib. Bu cür reydlərin rayon ərazisində mütəmadi keçirilməsi nəzərdə tutulur. (ARB TV)
AzVision.az