Nazirlik əlilin problemini həll etdi - Foto

Nazirlik əlilin problemini həll etdi - Foto
  04 Avqust 2018    Oxunub:4422
Laçın rayonundan məcburi köçkün, Şumqayıt şəhərində yaşayan ikinci qrup əlil Muxtarlı Sərxan Söhrab oğlunun vəziyyəti ilə bağlı sosial mediada yayılan məlumatla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dərhal araşdırma başlandı.
AzVision.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıblı məlumat verib. "Sərxanın yaşadığı ünvana gedərək onun yaşayış şəraiti ilə tanış olduq, özü və valideyinləri ilə görüşdük. Onun müalicəsi və işləməsi üçün bütün imkanları müzakirə etdik. Sərxanın ən böyük arzusu sağlamlığını bərpa edərək əmək fəaliyyətinə başlamasıdır.



Ona Əlillərin Bərpa Mərkəzində reabilitasiya prosedurlarına cəlb olunması, həmçinin tam dövlət təminatında olmaqla 1 saylı Peşə Reabilitasiya Mərkəzində marağında olduğu peşəyə yiyələnməsi üçün bütün imkanlar təklif olundu. Bundan sonra onu özünüməşğulluq proqramının imkanlarından da istifadə etməyə dəvət etdik".

Nazirlik rəsmisi həmçinin bildirib ki, paralel olaraq ona birdəfəlik maddi yardım, həmçinin ailənin ehtiyac meyarına uyğun olaraq Ünvanlı Dövlət Sosial Yardımının təyin olunması üçün prosedurlara başlanılıb.

AzVision.az


Teqlər: ƏƏSMN   Əlil  





Xəbər lenti