Düşmənin növbəti təxribatı ifşa olundu

Düşmənin növbəti təxribatı ifşa olundu
  09 Avqust 2018    Oxunub:2776
Azərbaycan Ordusunun bölmələrinin döyüş mövqelərində heç bir partlayış baş verməyib.
AzVision.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildiriblər.

Qeyd olunur ki, erməni tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil, yalandır və düşmənin növbəti təxribatıdır: "Azərbaycan Ordusunun bölmələrinin döyüş mövqelərində heç bir partlayış hadisəsi baş verməyib.

Yayılan məlumat avqustun 6-da Ermənistan silahlı qüvvələrinin mövqelərinin birində, blindajda partlayışın baş verməsi barədə tərəfimizdən verilən məlumata düşmənin uğursuz cavab cəhdidir. Bölmələrimiz əməliyyat şəraitinə tam nəzarət edir".

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti