Bakı Tikiş Evi: Saxta formaların satışının qarşısı alınmır

Bakı Tikiş Evi: Saxta formaların satışının qarşısı alınmır
  27 Avqust 2018    Oxunub:4095
"Aidiyyatı orqanlara və təşkilatlara dəfələrlə yazsaq da, saxta məktəbli formalarının satışının qarşısı alınmır. Biz onlarla necə mübarizə aparacağımızı bilmirik"

Bunu AzVision.az-a açıqlamasında "Bakı Tikiş Evi” ASC-nin satış şöbəsinin direktoru Etibar Əzimov deyib.
O bildirib ki, saxta məktəbli formaları uşaqlar üçün zərərli olmaqla yanaşı, insanlar üçün əlavə xərcə səbəb olur: "Camaatın başına oyun açırlar. Kiloqramla alıb gətirirlər, üstünə "Bakı Tikiş Evi"nin adını yazıb, insanlara satırlar. Bu formalar, dizayn yalnız BTE-ə aiddir. Heç kimin onu götürməyə ixtiyarı yoxdur. Bizim adımızdan istifadə edərək mənşəyi bilinməyən keyfiyyətsiz məktəbli formaları satırlar. Formalar keyfiyyətsiz olduğundan uşaqlar arasında xəstəliyə səbəb olur. Belə saxta formalar həm insanların ciblərinə, həm də uşaqlara ziyandır. Onlar allergiya ola bilər, bədəni səpə bilər. Bunlara qarşı ölçü götürən yoxdur".

Ə.Əzimov qeyd edib ki, belə formaların sertifkatı olmamaqla yanaşı, zirzəmi şəraitində tikilir. 2 manat və ya 5 manat fərqə görə, camaat həmin malları alır: "Bizim satış mərkəzlərində satdığımız formalara 1 il zəmanət veririk. İnsanlar aldanmamaq üçün formaları alan zaman sertifikat tələb etsinlər. Həm geyimlərin tikilişi, həm də materialda fərq var. Buna diqqət etmək lazımdır".

Şöbə direktoru, həmçinin bildirib ki, hazırda insanlar istirahətdə olduğu üçün alıcı səviyyəsi aşağıdır.

Aytən Zənra
AzVision.az


Teqlər: BTE   Forma   Məktəb  





Xəbər lenti