Nazirlik köçkün ailəsinə yardım edib
Rəsmiyyə Qarayevanın oğlu Elgün Qəhrəmanovun penitensiar müəssisədən cəza çəkməkdən azad edildiyi nəzərə alınaraq, müvafiq qanunvericiliyə əsasən ona minimum əmək haqqının 4 misli məbləğində (520 manat) birdəfəlik pul müavinətinin ödənişi təmin olunub.
Eyni zamanda R.Qarayevanın müraciətinə uyğun olaraq, oğlu Elgün Xocalı rayon Məşğulluq Mərkəzi tərəfindən yaşadığı qəsəbədə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında Mənzil İstismar Departamentinin Goranboy rayon Mənzil İstismar Sahəsində mövcud olan vakant iş yerində işlə təmin edilib.
Bundan əlavə, məşğulluq mərkəzi R.Qarayevanın ailəsinin kiçik təsərrüfatını qurması üçün potensialının olduğu nəzərə alınmaqla, ailənin özünüməşğulluq proqramına cəlb edilməsi üçün müvafiq işlərə başlayıb.
AzVision.az
Teqlər: ƏƏSMN