Dərslər başladı, yenə tıxaclar yarandı - Bəs BNA nə edir?
“Buna misal olaraq Fəzail Bayramov küçəsində yol qovşağının altında təşkil edilən geridönməni göstərmək olar. Bunun sayəsində artıq həmin küçənin şərq hissəsində yaşayan sakinlər Yusif Səfərov küçəsinə birbaşa çıxış əldə ediblər. Bununla da günün pik saatlarında Xocalı və Babək prospektlərində sıxlığa səbəb olan nəqliyyat yükü bir qədər azalıb. Bundan başqa, Xətai prospekti ilə Heydər Əliyev prospektinin kəsişməsində yol qovşağının altında geridönmə təşkil edilib. Bunun sayəsində Xətai prospektindən Gənclik metrostansiyasına gedən nəqliyyat vasitələrinin Əhmədbət Ağaoğlu küçələrinə çıxışı asanlaşıb. Nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində Sabunçu-Zabrat istiqamətində Şəhər şossesinin Heydər Əliyev prospekti ilə kəsişməsində müəyyən dəyişikliklər edilib. Binəqədi rayonu İbrahimpaşa Dadaşov və Şövkət Məmmədova küçələrinin Süleyman Sani Axundov küçəsi ilə kəsişmələrində nəqliyyat vasitələrinin hərəkəti bir tərəfli təşkil edilib”.
M.Ağayev qeyd edib ki, hazırda 3-cü mikrorayon dairəsində günün pik saatlarında müşahidə edilən tıxacın aradan qaldırılması istiqamətində işlər davam etdirilir. “İcrada olan digər bir layihə Əhməd Rəcəbli və Cəfərxəndan küçələrinin kəsişməsi ilə bağlıdır. Qeyd edilən ünvanda hərəkətin növbəliliyini təmin etmək üçün işıqforun qoyulması planlaşdırılır. Bunun nəticəsində həmin ərazidə günün pik saatlarında müşahidə olunan tıxac aradan qalxacaq. Yaxın vaxtlarda digər küçə və prospektlərdə də işlərə başlanılması planlaşdırılır. Buna misal olaraq İzəddin Həsənoğlu və Təbriz küçələrinin kəsişməsini, Tbilisi prospektini göstərmək olar. Bu sadalananlar mövcud infrastruktura edilən və edilməsi planlaşdırılan işlərdir. Lakin digər bir istiqamət dayanma-durma və parklanma yerləri ilə bağlı tətbiq ediləcək yeniliklər və dəyişikliklərlə şəhərdə hərəkətin intensivliyini təmin etməkdir. Bu məqsədlə xüsusəndə şəhərin mərkəzi yollarında təhlillər aparılıb. Artıq əldə edilən nəticlərə uyğun layihə də hazırlanıb. Qeyd edim ki, bu layihə Bakı şəhərinin mərkəzində tıxacın aradan qaldırılması baxımından əhəmiyyətlidir”.
Aytən Zəhra
AzVision.az