Səhiyyə Nazirliyində Elmi tibbi Şuranın iclası keçirilib

Səhiyyə Nazirliyində Elmi tibbi Şuranın iclası keçirilib
  28 Sentyabr 2018    Oxunub:2504
Sentyabrın 28-də Səhiyyə Nazirliyinin Elmi tibbi Şurasının 2018-ci il tarixli iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, tədbirdə İcbari tibbi sığortanın tətbiqi sahəsində məsələlər müzakirə olunub.

Bundan əlavə toplantıda “2016-2020-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı”nın və “2016-2020-ci illər üçün hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı”nın həyata keçirilməsi barədə hesabatlar təqdim olunub.

İclasda həmçinin akkreditasiya ilə bağlı müraciətlərin müzakirə və təsdiqi məsələsinə toxunulub. Akkreditasiya ilə bağlı təşkilatların müraciətləri və qeydiyyatı barədə məlumat verilib.

AzVision.az


Teqlər: Səhiyyə-Nazirliyi   İclas   Şura  





Xəbər lenti