Paralimpiyaçımız 4 qızıl medal qazanıb

Paralimpiyaçımız 4 qızıl medal qazanıb
  01 Oktyabr 2018    Oxunub:1625
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (ARMPK) üzgüçülük üzrə milli komandasının idmançısı Roman Saley beynəlxalq turnirdə 4 medal qazanıb.
ARMPK-dan AzVision.az-a bildiriblər ki, təmsilçimiz Almaniyanın Hamm şəhərində keçirilən beynəlxalq yarışda uğurla çıxış edib. Belə ki, Roman Saley 50 və 100 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İdmançımız, həmçinin arxasıüstə krol və baterflay üsulla 100 metr məsafəyə yarışlarda da birinci olub.

AzVision.az


Teqlər: Paralimpiyaçı   Almaniya  





Xəbər lenti