Ramil Usubov vətəndaşlarla görüşəcək

Ramil Usubov vətəndaşlarla görüşəcək
  05 Oktyabr 2018    Oxunub:1777
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov oktyabr ayının 27-də saat 10:00-da Gəncə Şəhər Baş Polis İdarəsində Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən şəhər və rayonlarının sakinlərini qəbul edəcək.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

AzVision.az


Teqlər: DİN   Ramil-Usubov  





Xəbər lenti