Turistlər üçün "Qaynar xətt" yaradılır

Turistlər üçün "Qaynar xətt" yaradılır
  18 Oktyabr 2018    Oxunub:1289
Turistik məkanları, turizm sahəsində fəaliyyət göstərən şirkətlərin məhsulları ilə bağlı məlumatları özündə cəmləşdirən veb-portal hazırlanacaq.
Azvision xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun Qonaq təcrübəsinin idarə edilməsi departamentinin rəhbəri Vüsal Şahbazov deyib. Onun sözlərinə görə, portal gələn ilin ilk yarısında istifadəyə veriləcək.

"Bundan əlavə, turistlər üçün "qaynar xətt" xidməti yaradılacaq. 24 saat ərzində ölkə daxilində və xaricində zəngləri qəbul edən "qaynar xətt" ilk olaraq rus, ingilis, alman və ərəb dillərində fəaliyyət göstərəcək. Bu xidmət çərçivəsində fövqəladə hallarda informasiya dəstəyinin göstərilməsi, nəqliyyat haqqında məlumatların verilməsi, təklif və şikayətlərin qəbul edilməsi nəzərdə tutulur".

Aytən Zəhra
Azvision


Teqlər: Turizm  





Xəbər lenti