DSX gəmidəki zəhərlənmə ilə bağlı məlumat yaydı
Sərhəd gözətçi gəmisi 00:30 radələrində “Nazmehr” yük gəmisinə yan almış və 12 nəfər heyət üzvündən (1 nəfər Ukrayna, 11 nəfər İİR vətəndaşı) huşsuz vəziyyətdə olan 7 nəfəri gəminin göyərtəsinə götürərək sürətlə sahilə doğru hərəkət edib. İİR vətəndaşları “Nazmehr” quru yük gəmisindən təxliyə edilərkən gəmi kapitanı onlardan 3-də həyat əlamətlərinin olmamasını bildirib. Sərhəd gözətçi gəmisində digər 4 nəfərə ilkin tibbi yardım göstərilib, qabaqlayıcı tədbirlər görülməklə təcili tibbi yardım maşınları Abşeron dəniz limanına çağırılıb və xilas edilmiş heyət sahilə çıxarılaraq tibb briqadalarına təhvil verilib.
Saat 04:00 radələrində “Nazmehr” quru yük gəmisinin kapitanı sərhəd gözətçi gəmisi ilə yenidən rabitə əlaqəsi saxlayaraq daha 4 nəfər heyət üzvünün vəziyyətinin pisləşməsini bildirmiş və köməklik göstərilməsini xahiş edib.
Sərhəd gözətçi gəmisi müraciətə dərhal reaksiya verərək gəmiyə doğru istiqamət götürüb və daha 4 nəfər heyət üzvü xilas edilərək Abşeron dəniz limanına çatdırılıb.
Xilas edilmiş gəmi heyəti Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.
Teqlər: