Tatarıstan Xalqlar Dostluğu Evinin rəhbəri Dövlət Komitəsində
Qeyd edib ki, Azərbaycan diasporunun təşəbbüsü ilə Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Nəriman Nərminaovun adı Kazan şəhərinin küçələrindən birinə verilib və büstü qoyulub. Bundan başqa, Kazan Universitetində işləmiş azərbaycanlı tarixçi-alim Mirzə Kazımbəyin xatirəsi əbədiləşdirilib. Eyni zamanda, türkdilli xalqların diasporlarının əməkdaşlığı çərçivəsində Azərbaycan-Tatarstan əlaqələrinin genişləndirilməsi zəruriliyi vurğulanıb. Qeyd olunub ki, Azərbaycandakı tatarlar və Tatarıstandakı azərbaycanlılar iki qardaş xalqın dostluğunun möhkəmlənməsi naminə əməkdaşlığı gücləndirməli, birgə mədəni və ictimai tədbirlər təşkil etməlidirlər. Bu məqsədilə müxtəlif səviyyədə qarşılılqlı səfərlərin təşkil edilməsi qərara alınıb. Sonda xatirə hədiyyələri təqdim olunub.
Azvision.az
Teqlər: Diaspora