Nəcməddin Sadıkov Libermanla görüşüb

  23 Oktyabr 2018    Oxunub : 471
Nəcməddin Sadıkov Libermanla görüşüb
Oktyabrın 23-də Təl-Əvivdə Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov İsrailin müdafiə naziri Aviqdor Liberman ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, görüşdə regional təhlükəsizlik, ölkələrimiz arasında hərbi, hərbi-texniki əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Azvision.az

Teqlər: Müdafiə-Nazirliyi