BNA sürücülərə müraciət edib - FOTO

 BNA sürücülərə müraciət edib -  FOTO
  14 Noyabr 2018    Oxunub:1680
Bakı Nəqliyyat Agentliyi (BNA) sürücülərə müraciət edib.
BNA-nın Mətbuat xidmətinin rəhbəri Mais Ağayev Azvision.az-a bildirib ki, Babək prospekti kənar yolla Məzahir Rüstəmov küçəsinin kəsişməsində kommunikasiya xəttinin dəyişdirilməsi ilə əlaqədar qazıntı işləri aparılır:

"Lakin iş icraçıları tərəfindən yolda hər hansı bir təhlükəsizlik tədbiri görülməyib. Yolda qazıntının olduğunu bildirən zəruri nişanlanma işləri təşkil edilməyib".

Bununla yanaşı, M.Rüstəmov küşəsində işıqlandırma olmadığından hərəkətin təhlükəsizliyi baxımından ciddi çətinliklər yaranıb. Qeyd edilənləri nəzərə alaraq sürücülərdən son dərəcədə ehtiyatlı olmalarını xahiş edirik".





Azvision.az



Teqlər: BNA  





Xəbər lenti