“38 min nəfərin aylıq gəliri 48 faiz artacaq” - Nazir

“38 min nəfərin aylıq gəliri 48 faiz artacaq” -  Nazir
  27 Noyabr 2018    Oxunub:4180
“Növbəti ildən pensiyaya çıxacaq şəxslərə 25 il stajın verilməsi onların böyük əksəriyyətində pensiya təminatının yaranmasına imkan yaradacaq. Gələn il 122 manatdan az pensiya alan 45 min nəfərin pensiyası 35 faiz artacaq. 73 manat sosial müavinət alan şəxslərin aylıq gəliri isə 122 manata yüksələcək”
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında”Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, təqribən 38 min insanın aylıq gəliri 48 faiz, 45 min nəfərin pensiyaları isə 35 faiz artacaq.

“Gələn ildən başlayaraq hər il pensiya təminatı avtomatlaşdırılmış şəkildə aparılacaq. Pensiya sahəsində inqilabi bir dəyişiklik olacaq. Bu rəqəmlər gələn ildən pensiyaya çıxacaq şəxslərə aid olacaq”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər:





Xəbər lenti