Muxtar Babayev vətəndaşları qəbul edəcək

Muxtar Babayev vətəndaşları qəbul edəcək
  10 Dekabr 2018    Oxunub:2603
Ekologiya və təbii dərvətlər naziri Muxtar Babayev Hacıqabul rayonunda vətəndaşları qəbul edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, qəbul dekabrın 21-i saat 10:00-da Hacıqabul şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsi 7) olacaq.

Görüşdə Hacıqabul, Şirvan, Saatlı və Sabirabad rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: Şirvan şəhəri, İsmət Qayıbov küçəsi 16) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 055-459-60-00, 050-387-42-26, 012-585-45-47) xahiş olunur.

Azvision.az


Teqlər: Muxtar-Babayev   Görüş  





Xəbər lenti