6 ayda 6584 nəfər məhkum olunub - 283-ü qadın, 35-i əcnəbidir

  6 ayda 6584 nəfər məhkum olunub -    283-ü qadın, 35-i əcnəbidir
  22 Dekabr 2018    Oxunub:2480
Azərbaycanda 2018-ci ilin birinci yarısında 12844 cinayət faktı qeydə alınıb. Aşkar edilmiş cinayət törədənlərin sayı 8231 nəfər olub.

Dövlət Statistika Komitəsindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, 1716 nəfər ictimai təsir tədbirləri tətbiq olunmaqla cinayət məsuliyyətindən azad edilib.
Ümumilikdə, bu müddət ərzində 6584 nəfər məhkum olunub. Onların 283 nəfəri qadındır:

"Məhkum olunmuş şəxslərdən 141 nəfəri yetkinlik yaşına çatmayanlardır. 3167 nəfər müəyyən müddətə azadlıqdan məhrum edilib. Bunlardan 1217 nəfəri 2 ilə qədər, 1343 nəfəri 2 ildən 5 ilə qədər, 459 nəfəri 5 ildən 10 ilə qədər, 148 nəfəri 10 ildən 20 ilə qədər azadlıqdan məhrum edilib. 2 nəfər isə ömürlük azadlıqdan məhrum edilib. 945 nəfərə cərimə tətbiq edilib, 874 nəfər şərti məhrum olunub. Müəyyən vəzifə tutma və ya fəaliyyətlə məsğul olmaqdan məhrum edilənlər isə 8 nəfərdir".

Məlumatda qeyd edilib ki, məhkum olunmuş şəxslərin 584 nəfəri ali, 4782 nəfəri tam orta və orta ixtisas, 818 nəfəri isə digər təhsilə malikdir. Məhkum olunan şəxslərin 35 nəfəri əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdir.

Aytən Zəhra
Azvision.az


Teqlər: Həbs  





Xəbər lenti