Prezident 2019-cu ilin dövlət büdcəsini təsdiqlədi

 Prezident 2019-cu ilin dövlət büdcəsini təsdiqlədi
  22 Dekabr 2018    Oxunub:4507
Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında qanunu təsdiqləyib.
Azvision.az xəbər verir ki, dövlət büdcəsinin gəlirləri 23 168 000,0 min manat, xərcləri 25 190 000,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 22 429 234,0 min manat, yerli gəlirləri 738 766,0 min manat, mərkəzləşdirilmiş xərcləri 24 347 188,0 min manat, yerli xərcləri 842 812,0 min manat) məbləğində təsdiq edilib.

Qeyd edək ki, qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək.

2019-cu ilin dövlət büdcəsinin gəlir və xərcləri ilə BURADAN tanış ola bilərsiniz.

Azvision.az



Teqlər: Prezident   Büdcə  





Xəbər lenti