Meteohəssas insanlara hava xəbərdarlığı
Azərbaycanın rayonlarında dekabrın 25-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza görə, dekabrın 25-26-da Abşeron yarımadasında arabir güclənən mülayim gilavar və xəzri küləklərinin tez-tez bir-birini əvəz etməsi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Azvision.az