Gəncədə qətl törədən şəxs saxlanılıb

  27 Dekabr 2018    Oxunub : 963
Gəncədə qətl törədən şəxs saxlanılıb
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə Gəncə şəhərində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, dekabrın 24-də Gəncə şəhərinin Məhsəti qəsəbəsi ərazisindən şəhər sakini Elçin Həsənovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla əlaqədar cinayət işi başlanılıb.İstintaq və əməliyyat-axtarış tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini İbrahim Quliyev müəyyən edilərək saxlanılıb.

Azvision.az

Teqlər: DİN   qətl