Nazirlikdən "donuz qripi" haqqında məlumata münasibət

Nazirlikdən "donuz qripi" haqqında məlumata münasibət
  16 Yanvar 2019    Oxunub:4438
Səhiyyə Nazirliyi sosial şəbəkələrdə küləklə birlikdə Azərbaycana "donuz qripi" virusunun gəlməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.
Nazirlikdən Azvision.az -a bildirilib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil. Məlumatda qeyd olunub ki, ölkəmizdə bu virus yayılmayıb.

"Ümumtəhsil müəssisələrində dərslərin dayandırılması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin havanın kəskin şəkildə dəyişməsi barədə verdiyi xəbərdarlıqla əlaqəlidir. Vətəndaşlardan xahiş olunur ki, təxribata uymasınlar. Ölkədə epidimioloji durum tam nəzarət altındadır".

Azvision.az


Teqlər: Səhiyyə  





Xəbər lenti