Salyanda raket aşkarlanıb

Salyanda raket aşkarlanıb
  23 Yanvar 2019    Oxunub:2827
Bu gün Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Salyan rayonu, Bəndovan qəsəbəsi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
Azvision.az ANAMA-ya istinadən xəbər verir ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən birlikdə qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 140 mm raket (M-14) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə agentlik tərəfindən 1-22 yanvar tarixlərində 17 siqnal (əməliyyat çağırışı) əsasında 12 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub. Nəticədə Ağstafa, Goranboy, Göygöl, Qazax, Salyan, Şəmkir, Tovuz rayonları, Şəki və Lənkəran şəhərləri ərazisində 2 ev və həyətyanı sahəyə, 1 əkin sahəsinə, yol kənarına, dəniz sahilinə baxış keçirilib, 10 ədəd partlamamış hərbi sursat (PHS) və 2 ədəd tank əleyhinə mina zərərsizləşdirilib, 6,790 kv.m ərazi yerüstü yoxlanılıb.

Azvision.az


Teqlər: ANAMA   Salyan   Raket  





Xəbər lenti