Heydər Əliyev Fondu Kərimin müalicə xərclərini üzərinə götürdü

  08 Fevral 2019    Oxunub : 4062
 Heydər Əliyev Fondu Kərimin müalicə xərclərini üzərinə götürdü
Heydər Əliyev Fondu meyxana ustası Ağakərimin (Kərim Novruzov) müalicəsi ilə bağlı xərcləri öz üzərinə götürüb.

Azvision.az xəbər verir ki, dünən ailəsi maddi vəziyyəti ilə əlaqədar meyxana ustadının müalicəsinin yarımçıq qaldığını açıqlamışdı.
Heydər Əliyev Fondu isə Ağakərimin səhhəti ilə bağlı vəziyyəti araşdıraraq, ona dəstək göstəriləcəyini bildirib.

Qeyd edək ki, 2017-ci ilin mart ayında meyxanaçının beyninə qan sızıb, bundan sonra onun dayaq-hərəkət sistemində problemlər yaranıb.

Azvision.az

Teqlər: Ağa-Kərim   Meyxana