İcra başçısı zəlzələdən qorxan əhalini sakitləşdirib

 İcra başçısı zəlzələdən qorxan əhalini sakitləşdirib
  12 Fevral 2019    Oxunub:3626
"Dünən Ağsu rayonunda baş verən zəlzələ Şamaxıda da hiss olunub. Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov əhalinin arasında olub, insanları sakitləşdirib. Artıq hər şey qaydasındadır, əhali öz gündəlik həyatını yaşayır.
Bu barədə Azvision.az -a Şamaxının icra başçısının köməkçisi Təbriz Məmmədov məlumat verib. Onun sözlərinə görə, zəlzələnin fəsadları ilə bağlı müraciətlər daxil olmaqda davam edir:

"Bunların arasında narazı olan vətəndaşlar da var. Bütün hallarda hər bir müraciət tərəfimizdən qəbul olunur və mövcud problemin aradan qaldırılması üçün təxirəsalınmaz addımlar atılır. Hazırda müəyyən edilən ərazilərdə komissiya üzvləri işləyir, zəlzələ nəticəsində ziyan dəyən yerlərin hamısına baxış keçirilir".

T.Məmmədov qeyd edib ki, 5 fevral tarixində baş verən zəlzələdən bu günə qədər 1828 nəfər yaradılan komissiyaya müraciət edib: "Dünənki zəlzələdən sonra ciddi dağıntı olmayıb. Amma edilən müraciətləri də qeydə alıb, baxırıq və bununla bağlı müvafiq işlərə başlanılıb. Hazırda yenidən təmir olunması məqsədi ilə sökülən evlər var və proses davamlı olaraq gedir”.

Qeyd edək ki, fevralın 5-6-da Azərbaycan ərazisində zəlzələ baş verib. Təkanlar Ağsu, Şamaxı, İsmayıllı rayonlarında qeydə alınıb. Həmçinin dünən Ağsu rayonunda yenidən 4 bal gücündə zəlzələ olub.

Aytən Zəhra
Azvision.az


Teqlər: Şamaxı   Zəlzələ  





Xəbər lenti