Siyavuş Novruzov bələdiyyələri tənqid etdi

 Siyavuş Novruzov bələdiyyələri tənqid etdi
  12 Fevral 2019    Oxunub:3339
“Bələdiyyə kifayət qədər təkmilləşmiş strukturdur. Onlar özlərinin təminatı ilə bağlı lazımi addımlar atmalıdırlar. Bələdiyyə deyən kimi ilk olaraq ağıla gəlir ki, torpağı necə həll etsin, kimə və hansı formada versin”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

O, bildirib ki, bələdiyyələrin kitabxanaları, klubları, məktəbləri, bağçaları, iaşə obyektləri yoxdur: “Hansi birində göstərmək olar, heç birində yoxdur. Elə bələdiyyələr var ki, milyonlarla subsidiya verilib. Həmin vəsaitdən elektron kitabxana yarada, kompüter mərkəzi aça bilərdi ki, müəyyən qədər gəlir gəlsin. Yəni maliyyə kiçik, amma daimi olsun. Hamısı düşünür ki, bəzi məsələləri həll etsin, növbəti dəfə bəlkə seçilmədi, həmin sədrə nəsə qalmasın. Milli Məclis bələdiyyələrə kifayət qədər səlahiyyət verib. Başa düşürəm ki, müəyyən strukturlar onlara mane yaradırlar. Bələdiyyələr yaxşı iş qura bilsə, onlara mane olmazlar, əksinə dəstək verərlər. Qəbiristanlıqların idarə edilməsi səlahiyyəti bələdiyyələrə verilib. Orada elə bir şərait yaratmq olar ki, insanlar öz xoşları ilə o prosedurları bələdiyyələrə həvalə edərlər. Amma bununla bağlı hər hansı iş görülmür”.

Anar Kəlbiyev
Azvision.az






Teqlər: Milli-Məclis   Bələdiyyə  





Xəbər lenti