İlham Əliyev Ərdoğana başsağlığı verdi

    İlham Əliyev Ərdoğana başsağlığı verdi
  12 Fevral 2019    Oxunub:2358
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.

Azvision.az xəbər verir ki, dövlətimizin başçısı İstanbulda yaşayış binasının çökməsi və helikopter qəzası nəticəsində insan tələfatı barədə xəbərin onu son dərəcə kədərləndirdiyini bildirib.
Prezident İlham Əliyev bu faciə ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.

Azvision.az



Teqlər: İlham-Əliyev   Prezident   Ərdoğan  





Xəbər lenti