Yanvarda Antalyaya 1000 azərbaycanlı turist səfər edib

   Yanvarda Antalyaya 1000 azərbaycanlı turist səfər edib
  13 Fevral 2019    Oxunub:1783
2019-cu ilin yanvar ayında Antalyaya 1000 azərbaycanlı turist səfər edib.

Bu göstəricinin 2018-ci ilin yanvar ayı ilə müqayisədə 39 faiz çox olduğu bildirilir. Ümumilikdə, yanvar ayı ərzində Antalyaya 135 ölkədən 142,3 min turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 53,8 faiz çoxdur.
Azərbaycanlıların daha çox səfər etdikləri yerlər arasında Bodrum da ilk sıralardadır. Belə ki, 2018-ci ildə Türkiyənin Bodrum şəhərinə 14,1 min Azərbaycan turisti səfər edib.

Ötən il Bodruma 781 min xarici turist səfər edib ki, bu da 2017-ci illə müqayisədə 62 faiz çoxdur.

Qeyd edək ki, 2018-ci ildə Türkiyəyə ümumilikdə 46,1 milyon turist səfər edib. Bu, 2017-ci illə müqayisədə 21,45 faiz çoxdur. (Trend)

Azvision.az



Teqlər: Antalya   Turist  





Xəbər lenti