Prezident Saray nənə ilə görüşündən danışdı: “Məndə böyük iz buraxdı” - (VİDEO)

Prezident Saray nənə ilə görüşündən danışdı:  “Məndə böyük iz buraxdı”  - (VİDEO)
  13 Fevral 2019    Oxunub:11864
"Hesab edirəm ki, Saray nənə Azərbaycan qadınının ən yüksək keyfiyyətlərini özündə təcəssüm etdirir. Saray nənə kimi nənələr, analar bizim milli-mənəvi dəyərlərimizi əsrlər boyu qoruyan insanlar olublar"
Azvision.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Real TV-yə müsahibəsində Şamaxıda baş vermiş zəlzələ nəticəsində evi dağılan Saray nənə ilə görüşü barədə danışarkən deyib.



Prezident bildirib ki, hər bir Azərbaycan qadını Saray nənəyə oxşamaq istəyir: "Məncə, bu, belədir. Baxın, evi dağılmış 92 yaşında bir qadın, bu adamda nə qədər nikbinlik var. Çünki Saray nənədə inam var ki, dövlət onun yanında olacaq. Sözün düzü, mən Şamaxıya gedəndə bilmirdim ki, Saray nənə ilə rastlaşacağam. Mən gedib zəlzələdən ziyan çəkmiş evlərə baxırdım, oradakı vəziyyətlə tanış olurdum. Saray nənəni görəndə mən bir daha əmin oldum ki, Azərbaycan xalqı nə qədər böyük xalqdır. Biz xalqımızla fəxr edə bilərik. Ən ağır vəziyyətdə, evi uçub. Sözün düzü, yəqin heç bilmirdi ki, kimsə onun köməyinə gələcək, ya gəlməyəcək. Onun evi təmir olunacaq, ya olunmayacaq, yeni ev tikiləcək, yoxsa yox. Amma bu insanda nə qədər inam, nikbinlik, xeyirxahlıq var. Saray nənə kimi nənələr Azərbaycan xalqının əyilməz ruhunu təcəssüm etdirir. Biz əsrlər boyu yaşayan bir xalq, bir millət, inkişaf edən bir millət olaraq Saray nənə kimi nənələrə borcluyuq. Ona görə bu görüş məndə də çox böyük təəssürat yaratdı, böyük bir iz buraxdı. Ümid edirəm ki, tezliklə Saray nənə ilə bir daha görüşəcəyəm və onun yeni evinin açarını ona təqdim edəcəyəm".



Azvision.az



Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti