Naxçıvanda qanunsuz yaşayan 17 əcnəbi aşkar edilib

 Naxçıvanda qanunsuz yaşayan 17 əcnəbi aşkar edilib
  13 Fevral 2019    Oxunub:1616
Naxçıvan Muxtar Respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, habelə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 17 əcnəbi aşkarlanaraq qanunvericiliyə uyğun olaraq barələrində müvafiq tədbirlər görülüb.
Azvision.az -ın məlumatına görə, ötən dövrdə Dövlət Miqrasiya Xidmətinə daxil olan 546 müraciətin 95-i əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazələrin verilməsi və yenidən rəsmiləşdirilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, eləcə də Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, vətəndaşlıqdançıxma və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı olub.

Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib, olduğu yer üzrə qeydiyyatla bağlı 451 müraciət qeydə alınaraq icrası təmin olunub, həmin müraciətlərdən 203-ü elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib.

Azvision.az



Teqlər: Naxçıvan   Miqrasiya  





Xəbər lenti