Meriya vətəndaşların şikayətini araşdırıb

  13 Fevral 2019    Oxunub : 587
Meriya vətəndaşların şikayətini araşdırıb
Ərazidə ağac kəsilməsi və yerində obyekt tikintisinə hazırlıq görülməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin “Qaynar xətt”inə vətəndaşlardan daxil olmuş müraciətlər əsasında Şəhər İcra Hakimiyyətinin nümayəndələri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin “V” yaşayış massivindəki əraziyə baxış keçirib, həqiqətən də 1 qurumuş ağacın kəsilməsi faktı aşkarlanıb.
Bakı Şəhər İcra Hakimiyyətindən Azvision.az -a verilən məlumata görə, faktla bağlı müvafiq araşdırma aparılıb, həmin ərazi məişət və digər tullantılardan təmizlənib və Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən burada yeni ağaclar əkilib. Eyni zamanda aidiyyəti qurumlara əraziyə nəzarətin artırılması tapşırılıb.



Azvision.az

Teqlər: BŞİH   Ağac