Baş nazirin müavini sosial şəbəkələrdən şikayətləndi
Ə.Əhmədovun sözlərinə görə, sosial şəbəkələrdə insanların özünü qanuni yolla müdafiə etmək imkanları yoxdur: "İstənilən adamı istənilən formada təhqir etmək, mənəvi terrora məruz qoymaq çox asandır, lakin bundan özünü müdafiə mexanizmi yoxdur. Bu, bir bəla olaraq bütün dünyada geniş vüsət alıb. Problem cəmiyyətdə gərginlik yaradır, xoşagəlməyən halın yaranmasına səbəb olur. Bu problem tək Azərbaycanda deyil, digər dövlətlərdə də mövcuddur. Ancaq Azərbaycanda bu hallar eybəcər formada edilir”.
Baş nazirin müavini qeyd edib ki, ayrı-ayrı ölkələrdə problemin qarşısını almaq üçün yollar axtarılır, texniki və hüquqi baxımdan buna cəhdlər edilir: “Azərbaycanda da bunun qarşısını almaq üçün hüquqi normalar mövcuddur, ancaq bunun tətbiq edilmə mexanizmi mövcud deyil. Bütün bunların qarşısını almaq üçün müzakirələr aparmaq, yollar axtarmaq lazımdır ki, bu eybəcərliklərin qaşısı alınsın. Hətta bəzi ölkələr problemin qarşısını almaq üçün internetin məhdudlaşdırılmasına da gedirlər. Mən internetin məhdudlaşdırılmasından tamamilə uzağam, ancaq biz müzakirələr aparıb texniki və hüquqi tənzimləmə yollarını tapmalıyıq ki, belə eybəcərliklərin qarşısı alınsın”.
Elvin Abdulqədirov
Azvision.az
Teqlər: Əli-Əhmədov