56 şəhər və rayonda əmək yarmarkası keçiriləcək
Əmək yarmarkaları zamanı idarə, müəssisə və təşkilatlarda olan vakant iş yerləri işaxtaran və işsiz vətəndaşlara təklif olunacaq, onlara peşə bacarıqlarına, əmək vərdişlərinə uyğun iş yerlərinə göndərişlər veriləcək. Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər isə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunacaqlar.
Xidmət tərəfindən cari ildə 10 ali təhsil müəssisəsində tələbə və məzunlar üçün "Karyerada ilk addım" devizi altında aktiv məşğulluq tədbirlərinin təşkili də planlaşdırılıb. Bu tədbirlər tələbə və məzunlara işəgötürənlərlə ilkin əlaqələr qurmaq, işəgötürənlərə isə gələcəkdə müasir tələblərə cavab verən ixtisaslı kadrların seçimini aparmaq imkanı qazandırır.
Azvision.az