Rumıniya ilə turizm əlaqələri müzakirə olunub

Rumıniya ilə turizm əlaqələri müzakirə olunub
  13 Fevral 2019    Oxunub:1444
Azərbaycan və Rumıniya arasında turizm sahəsində təcrübə mübadiləsinin aparılmasının vacibliyi fevralın 13-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Rumıniya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dan İancu arasında görüş zamanı vurğulanıb.
Agentlikdən Azvision.az -a verilən məlumata görə, görüş çərçivəsində qarşılıqlı olaraq Rumıniyanın kənd turizmi və ekoturizm üzrə mövcud təcrübəsinin Azərbaycanda, həmçinin Azərbaycanın mədəni irs nümunələrinin turizm sahəsində istifadəsi üzrə təcrübəsinin Rumıniyada tətbiqi barəsində müzakirə aparılıb.

Hər iki ölkənin işgüzar və biznes turizmi sahəsindəki təcrübələrindən bəhs olunub, beynəlxalq layihələr çərçivəsində Azərbaycan və Rumıniyanın əməkdaşlıq imkanlarının mövcudluğu qeyd edilib.

Azvision.az


Teqlər: Turizm  





Xəbər lenti