Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılır

Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılır
  13 Fevral 2019    Oxunub:1206
Prospektin köməkçi yolunda hərəkət qısa müddətlik məhdudlaşdırılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, Bakı şəhəri, Heydər Əliyev prospektində yeraltı piyada keçidinin tikintisi ilə əlaqədar olaraq bu gün saat 23:00-dan etibarən Koroğlu metrostansiyasından şəhər istiqamətinə doğru prospektin köməkçi yolunda hərəkət qısamüddətli məhdudlaşdırılacaq.

Avtomobillərin hərəkəti bu zaman köməkçi yoldan əsas yola istiqamətləndiriləcək.

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edirik.

Azvision.az



Teqlər: Yol  





Xəbər lenti