Bakı metrosunda qatarda problem yaranıb

  14 Fevral 2019    Oxunub : 748
 Bakı metrosunda qatarda problem yaranıb
Bu gün səhər saatlarında metroda qatarlardan birinin hərəkətində problem yaranıb.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Azvision.az -a bildirib ki, "İçərişəhər" stansiyasında olan qatarda texniki nasazlıq olub.
Onun sözlərinə görə, intervalda gecikməyə səbəb olan qatar depoya göndərilib. Hazırda qatarların hərəkəti qrafikə uyğun olaraq davam etdirilir.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Metro   Qatar