Mehriban Əliyeva tapşırıq verdi: Kimsəsiz qadının müalicə xərcləri ödəniləcək

Mehriban Əliyeva tapşırıq verdi:  Kimsəsiz qadının müalicə xərcləri ödəniləcək
  14 Fevral 2019    Oxunub:4402
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva kimsəsiz, Bərdə rayonunda azyaşlı oğlu ilə birgə çətin şəraitdə yaşayan, Hepatit B və onkoloji xəstəliklərdən əziyyət çəkən Nazilə Musayevanın müalicəsi üzrə müvafiq tapşırıq verib.
Azvision.az -a daxil olan məlumata görə, hazırda Bakıda xəstəxanaya yerləşdirilən Nazilə Musayevanın əməliyyatı və gələcək müalicə ilə bağlı bütün xərclər Heydər Əliyev Fondu tərəfindən təmin olunacaq.

Eyni zamanda Nazilə Musayevanın müalicəsi başa çatdıqdan sonra sosial təminatının həll olunması üzrə də müvafiq tapşırıq verilib. Belə ki, N.Musayevanın əlilliyinin qiymətləndirilməsi aparılacaq, əlillik qrupu təyin olunduqdan sonra ona əlilliyə görə aylıq pensiya və ya sosial müavinət ödənişinə başlanılacaq, öz istəyinə uyğun olaraq məşğulluğunun təminatı üçün də müvafiq tədbirlər görüləcək.



Azvision.az


Teqlər: Mehriban-Əliyeva   Birinci-vitse-prezident  





Xəbər lenti