Prezident icra başçısı ilə bağlı sərəncam verdi

  14 Fevral 2019    Oxunub : 2491
 Prezident icra başçısı ilə bağlı sərəncam verdi
Prezident İlham Əliyev Eyvaz Hüseynovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncama əsasən Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Eyvaz Mövsüm oğlu Hüseynov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Eyvaz Mövsüm oğlu Hüseynov Xocavənd Rayon İcra Hakimiyyətinin başçısıdır.

Azvision.az

Teqlər: İlham-Əliyev