Məmmədyarov Almaniyaya yola düşüb

  14 Fevral 2019    Oxunub : 1389
 Məmmədyarov Almaniyaya yola düşüb
Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarov bu ilin 15-17 fevral tarixlərində keçiriləcək Münhen Təhlükəsizlik Konfransında iştirak etmək məqsədilə Almaniyaya işgüzar səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, səfər çərçivəsində xarici işlər nazirinin 55-ci Münhen Təhlükəsizlik Konfransında iştirakı ilə yanaşı bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.

Azvision.az

Teqlər: XİN   Almaniya