Prezident nazir müavinini təltif etdi

   Prezident nazir müavinini təltif etdi
  14 Fevral 2019    Oxunub:2038
Prezident İlham Əliyev Mahmud Məmməd-Quliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncama əsasən Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Mahmud Əhməd oğlu Məmməd-Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Mahmud Məmməd-Quliyev Azərbaycanın xarici işlər nazirinin müavinidir və sabah onun doğum günüdür.


Azvision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti